
Rusiyanın Baş naziri Mixail Mişustin 19-20 oktyabr tarixlərində Düşənbədə keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 25-ci iclası keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, təşkilatı üzv ölkələrin hökumət rəhbərləri Tacikistanın paytaxtı Düşənbədə görüşəcəklər. Oktyabrən 19-20-i tarixlərində baş tutacaq iclsda hökumət başçıları ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafı ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.
İclas zamanı əsas diqqət 2026-cı il sentyabrın 1-də Bişkekdə üzv dövlət liderlərinin görüşündə əldə edilən razılaşmaların həyata keçirilməsinə, eləcə də ŞƏT-in 2035-ci ilə qədər İnkişaf Strategiyasının həyata keçirilməsinə yönəldiləcək.
Görüşün nəticələri birgə kommunikedə öz əksini tapacaq. Həmçinin, multimodal yerüstü yük daşımalarının idarə olunması üçün vahid rəqəmsal platformanın yaradılması konsepsiyasının qəbul edilməsi və ŞƏT üzv dövlətləri arasında beynəlxalq dəmir yolu nəqliyyatının yüksək keyfiyyətli və davamlı inkişafını təşviq etmək təşəbbüsünün təsdiqlənməsi planlaşdırılır.
Süleyman












































