Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezidentin azad Qarabağa hər bir səfəri bir tarixdir

Cənab Prezidentin azad Qarabağa hər bir səfəri bir tarixdir


Cənab Prezidentin azad Qarabağa hər bir səfəri bir tarixdir. Dövlət başçısının torpaqlarımızın işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzura həyata keçirdiyi səfərlər burada quruculuq abadlıq işlərinin sürətlənməsi, azad Qarabağın yenidən qurulması ilə yadda qalır. Bu günlərdə biz yenə də eyni qüruru, sevinci yaşayırıq.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, dövlət başçısının bu dəfəki səfəri də Qarabağ və Şərqi Zəngəzurda bir sıra obyektlərin açılışı ilə yadda qaldı:

"Cənab Prezident iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışını etdi. Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən olub. Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid indi tam bərpa edilərək yerli sakinlərin istifadəsinə verilib.

Eləcə də dövlət başçısı “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Bu müəssisə təkcə Ağdam deyil, ümumilikdə bölgənin sosial həyatına öz müsbət təsirini göstərəcək. Orada açılacaq yeni iş yerləri məşğul əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq".

İlham Məmmədov onu da deyib ki, dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri zamanı yeni istehsal müəssisələri, eləcə də digər infrastruktur obyektlərinin açılışının olması Böyük Qayıdış prosesinin sürətlənməsinə öz təsirini göstərir:

"Bu kimi tədbirlər eyni zamanda Böyük Qayıdışın birinci mərhələsində işğaldan azad edilən ərazilərə köçürülmüş vətəndaşlar arasında böyük ruh yüksəkliyi yaradır".

Süleyman
Xəbəri paylaş