
Özbəkistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə xarici ticarət dövriyyəsi artır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, son 6 ayda Özbəkistanın ittifaq ölkələri ilə xarici ticarət dövriyyəsi 9,1 milyard dollar təşkil edib.
Bu göstəricinin 6 milyard dolları idxal, 3,1 milyard dolları isə ixrac olub.
Ən çox ticarət dövriyyəsi Rusiya ilə həyata keçirilib ki, bu da 6,03 milyard dollar təşkil edib.
Sonrakı yerləri 2,21 milyard dollarla Qazaxıstan və 410,1 milyon dollarla Belarus bölüşdürüb.
Daşkəndin ən az xarici ticarət dövriyyəsi həyata keçirdiyi ölkə Ermənistan olub ki, bu ölkə ilə göstərici 16,3 milyon dollar təşkil edib.
Süleyman