Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonda sülhöncəsi istək protokolu kimi memorandum sənədi imzalana bilər

Vaşinqtonda sülhöncəsi istək protokolu kimi memorandum sənədi imzalana bilər


"Azərbaycan və Ermənistan dövlət başçılarının Vaşinqtonda Tramp ilə görüşməsi və hansısa sənədin imzalanması barədə deyilənlərin reallıq olma ehtimalları böyükdür.
Trampın təşəbbüsü ilə baş tutması gözlənilən bu görüş real nəticə əldə edə bilər".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Trampın təşəbbüsü ilə iki ölkə rəhbərlərinin sülhü yaxınlaşdıracaq addımlar atması üçün ən real məkan, ABŞ-dır:

"Məsələ ondadır ki, Trampın təşkilatçılığı ilə baş tutacaq görüş və imzalanacaq sənəd daha çox məsuliyyətli yanaşma tələb edəcək. Regionun maraqlı, amma bu sülhü istəməyən ölkələrinin də prosesi əngəlləmək imkanları zəifləyəcək.

Amma Azərbaycan tərəfinin sülh müqaviləsi imzalanması üçün Ermənistandan tələbləri vardır. Əsas məsələ konstitusiya dəyişikliyi məsələsidir. Hesab edirəm ki, bu məsələni həll etmək üçün Vaşinqtonda sülhöncəsi istək protokolu kimi bir memorandum sənədi imzalana bilər. Bu memorandum seçkidə Paşinyanın əlini gücləndirər".

Azər Qasımov hesab edir ki, bundan sonra Paşinyan ilin sonuna kimi seçkiləri önə çəkə bilər:

"Parlament seçkisi və konstitusiya dəyişikliyi məsələsini eyni seçkidə həll edə bilər. Hətta ilin sonuna kimi bundan sonra sülh müqaviləsi də imzahana bilər. Tramp əgər iki ölkə rəhbərini Vaşinqtona dəvət edibsə, çalışacaq ki, mütləq nəticə əldə etsin. Hansı ki, bunun xəbərini öncədən verib".

Süleyman
Xəbəri paylaş