
Özbəkistanda elektrik şəbəkələrinin modernləşdirilməsinə 4 milyard dollar investisiya cəlb olunacaq.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunu Ali Məclisin Qanunvericilik Palatasının Ekologiya və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Mavluda Adhamjonova deyib. O bildirib ki, bununla bağlı əməli işlərə başlanılıb və bu il Səmərqənddə, gələn il isə daha 8 rayonda elektrik şəbəkəsi sistemi özəl tərəfdaşlığa veriləcək:
"Bundan əlavə, Özbəkistan tarixində ilk dəfə olaraq “yaşıl” sertifikatların və karbon kreditlərinin ticarətinə başlanıb. Bu il o, qlobal karbon bazarlarına qoşulacaq və “Yaşıl Özbəkistan” iqlim investisiya platformasını yaradacaq".
Süleyman