Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arçut icmasının xeyriyyə tədbirini Təmraz Tağıyevin adına bağlamaqda məqsəd nədir?

Arçut icmasının xeyriyyə tədbirini Təmraz Tağıyevin adına bağlamaqda məqsəd nədir?


"İki il öncə əslən Qərbi Azərbaycanın Böyük Qara Kilsə rayonunun Arçut kənd sakinlərinin təşəbbüsü və topladığı maliyyə hesabına Binəqədi rayonunda yerləşən Yanar Dağ adlandırılan ərazidəki qəbirstanlığın abadlıq işlərinə başlanılıb. Baxmayaraq ki, bələdiyyələr haqqında qanunvericiliyin tələblərinə görə qəbiristanlıqların abadlaşdırılması bələdiyyələrin üzərindədir. Dəfələrlə bununla bağlı edilən müraciətlər müsbət nəticə vermədiyindən Arçut eli bu işi öz üzərinə götürdü və fədakar insanların sayəsində abadlaşdırmanın birinci mərhələsi başa çatdırıldı".

Newscenter.az xəbər verir ki, bunları əslən Qərbi Azərbaycandan olan Əli Orucov deyib. O bildirib ki, bir neçə gün əvvəl isə yarımçıq qalan işlərə start verilib:

"Bu xeyriyyəçilikdə zəhməti, əməyi və payı olanlar üzərlərinə götürdükləri missiyanı yüksək səviyyədə və əzmkarlıqla tamamlayıblar. Abadlıq işlərinə texniki dəstək nəzərə alınmasa 50 min manata yaxın maliyyə vəsaiti cəlb olunub və xərclənib. Heç kəs təmanna güdməyib, adının çəkilməsini və reklam olunmasını istəməyib. Lakin bəziləri ya öz yerini isti eləmək, yaxud kiməsə xoş gəlmək üçün böyük bir elin gördüyü xeyirxah işi bütünlükdə bir nəfərin, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyevin adına bağlamaq təşəbbüslərində bulunublar.

İnsafən onun da müəyyən dəstəyini danmaq olmaz. Mən zənn etmirəm ki, T.Tağlyevin belə təbliğata və reklama ehtiyacı olsun. Əksinə göstərilən belə "xidmət" onun reputasiyasına zərər gətirir. Haqlı suallar doğurardı ki, nədən Nərimanov bələdiyyəsinin sədri abadlıq işlərini öz bələdiyyəsi ərazisində deyil, başqa bir bələdiyyənin ərazisində həyata keçirir? Digər tərəfdən xeyriyyəçilik və yaxşılıq edən insanlar heç vaxt təmənna ummurlar. İsa peyğəmbərin dediyi kimi sağ əlin etdiyini sol əl bilməməlidir. Bilirsə, bu xeyriyyəçilik, xeyirxahlıq və yaxşılıq deyil, təmmana və məqsəddir. Bu kimi işlərdə də sui-istifadənin qarşısı alınmalıdır".

Süleyman
Xəbəri paylaş