Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda təbii qaz hasilatı 9,2% artıb

Qazaxıstanda təbii qaz hasilatı 9,2% artıb


2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstanda 17,3 milyard kubmetr qaz hasil edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,46 milyard kubmetr və ya 9,2% çoxdur.

Nazirlikdən verilən məlumata görə, istehlakçılar üçün qazın qiymətinin artırılması istehsal həcmləri ilə bağlı deyil. Bu, bazar qiymətqoyma mexanizmlərinə keçidə yönəlmiş islahatların planlı və nəzarətli mərhələsidir.

Anar Əliyev
Xəbəri paylaş