Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan BƏƏ ilə hərbi əməkdaşlığı inkişaf etdirir

Qazaxıstan BƏƏ ilə hərbi əməkdaşlığı inkişaf etdirir


Qazaxıstanla Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq inkişaf etdiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə fikir mübadiləsi prezident Qasım-Jomart Tokayevlə BƏƏ-nin müdafiə üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl-Mazruinin görüşü zamanı aparılıb.

Görüşdə iki ölkə arasında təhlükəsizlik və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət başçısı Əmirliyin müdafiə sənayesində əldə etdiyi nailiyyətləri, eləcə də qabaqcıl texnologiyalar və innovasiyalar üzrə təcrübə mübadiləsi imkanlarını yüksək qiymətləndirib.

Tokayev Qazaxıstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib və ikitərəfli strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduğunu bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş