Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron Azərbaycanın gücünü anlamağa başlayıb

Makron Azərbaycanın gücünü anlamağa başlayıb


"Danimarkada keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə Görüşü çərçivəsində Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşməsi və istər görüş zamanı, istərsə də toplantı əsnasında baş tutan ayaqüstü söhbətlərdə onun dövlət başçımıza qarşı həddən artıq səmimi görünməsi Parisin Bakıya qarşı siyasətinin əsaslı dərəcədə dəyişdiyinin göstəricisidir. Bu dəyişiklik onu deməyə əsas verir ki, artıq Fransa dövləti, eləcə də prezident Makron Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratmış olduğu yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Makronun Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, artıq Makron Azərbaycanın gücünü anlamağa başlayıb:

"İkinci Qarabağ Müharibəsindən sonra Fransa çox çalışdı ki, yaranmış yeni situasiyada proseslərə təsir göstərə bilsin, regiona hansısa formada təsir göstərsin. Hətta yeni bir müharibə başlanmasına Ermənistanı sövq etdi, onu silahlandırdı. Lakin Azərbaycan liderinin hərbi uğuru, tarixi zəfəri diplomatik müstəviyə də daşıya bilməsi, mərhələ-mərhələ Ermənistanın daha çox bağlı olduğu xarici gücləri proseslərdən neytrallaşdırması, ən sonda Vaşinqtonda baş tutan üçtərəfli tarixi görüş Fransanı Azərbaycanın yaratmış olduğu yeni reallıqları qəbul etmək məcburiyyətində qoydu. Artıq Makron hakimiyyəti anlamağa başlayıb ki, göstərdiyi cəhdlər mənasızdır və Cənubi Qafqaza daxil olmağın açarı Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdir".

Süleyman
Xəbəri paylaş