Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim olmaq peşə deyil, bir missiyadır

Müəllim olmaq peşə deyil, bir missiyadır


Bu gün – 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirəm!

Cəmiyyətin maariflənməsi, dövlətin tərəqqisi, gələcəyin formalaşması məhz Sizin fədakar əməyiniz, səbriniz və yüksək mənəvi borc hissiniz sayəsində mümkündür. Müəllim olmaq bir peşə deyil, bir missiyadır. Bu, insan ruhunu işıqlandırmaq, biliyin və hikmətin çırağını daim yandırmaq deməkdir. Siz hər bir şagirdin taleyinə iz qoyur, onların qəlbində elm və vətən sevgisini böyüdürsünüz. Əməliniz müqəddəs, məsuliyyətiniz isə sonsuzdur.

Məhz Sizin səyləriniz nəticəsində gənc nəslimiz bilikli, vətənpərvər və dövlətinə sadiq vətəndaş kimi formalaşır. Azərbaycan dövləti bu ali peşənin dəyərini yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin “Müəllimlik ən şərəfli peşədir” fikri bu gün də hər birimizin qəlbində yaşayır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur.”

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, səbir, ailə səadəti və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Gələcəyimizə nur saçan bütün müəllimlərə sonsuz ehtiramla!

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş