Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətləri arasında hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək perspektivi yüksəkdir

Türk dövlətləri arasında hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək perspektivi yüksəkdir


"Dünyada baş verən prosseslər, Türk dövlətlərinin yerləşdirkləri coğrafiya uğrunda qlobal güclərin mübarizəsi bütün Türk dövlətlərini daima hazır olmağa məcbur edir. Azərbaycan uzun illər ərzində Türk dövlətləri arasında hərbi əməkdaşlığın vacibliyini önə çəkən ölkə olaraq bu istiqamətdə olduqca effektiv fəaliyyət həyata keçirib. Artıq uzun illdərdir ki, Türkiyə ilə mövcud olan hərbi əməkdaşlıq ölkəmizin hərbi gücünün artırılmasına çox önəmli töhfələr verib".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Azərbaycan Prezidentinin TDT üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə münasibət bildirərkən səsləndirib. O deyib ki, artıq Azərbaycan və Türkiyənin hərbi sahədə mövcud olan uğurlu əməkdaşlıq modeli Mərkəzi Asiya bölgəsində yerləşən Türk dövlətləri üçün də uğurlu bir nümunə olub:

"Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi əməkdaşlıq modelinə dair razılşamalar, Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə "Məharət - 2025" birgə komanda-qərargah təlimlərinin keçirilməsi, yenə də Azərbaycan və Özbəkistan hərbçilərinin “Dağ döyüşçüsü kurs”larında iştirakı, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, və TDT üzvü olmasa da Pakistan və Qətər kimi dost ölkələrin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” təliminin keçirilməsi onu göstərir ki, Türk dövlətlərinin digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı inkişaf etdirmək perspektivi kifayət qədər yüksəkdir".

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin birgə hərbi təlimlərlə bağlı təklifinin türk dövlətləri arasında müdafiə və hərb sahəsində inteqrasiyanın gücləndirilməsinə gətirib çıxaracağı şübhəsizdir.

Süleyman
Xəbəri paylaş