Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Əminə Ağazadə şəhid ailələri ilə bir araya gəlib

Millət vəkili Əminə Ağazadə şəhid ailələri ilə bir araya gəlib


Milli Məclisin deputatı Əminə Ağazadə 8 Noyabr—Zəfər Günü ərəfəsində şəhid ailələri ilə birlikdə tədbir keçirib.

Newscenter.az Əminə Ağazadənin Deputat Qərargahına istinadən bildirir ki, şəhidlərimizin əziz xatirəsi yad edilib, bu torpağın igid övladlarının Vətən savaşında şücaətindən, 44 günlük müharibədə bütöv xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən söhbət açılıb.

Səmimi şəraitdə keçən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib. Tədbir zamanı millət vəkili tərəfindən şəhid ailələrinin qayğıları dinlənilib, bir çox məsələlər onlarla birlikdə müzakirə olunub.

Deputat Əminə Ağazadə deyib ki, şəhid ailələrinin qaldırdıqları məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanacaq.



Süleyman
Xəbəri paylaş