Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və İran uzlaşmaya çox uzaqdırlar

ABŞ və İran uzlaşmaya çox uzaqdırlar


"ABŞ-İran arasında dolayı danışıqların ikinci raundu dünən Omanın Cenevrədəki diplomatik nümayəndəliyində keçirildi. Bu danışıqlarda da tərəflər irəliləyişlərə nail olmasalar da, növbəti görüşlər barədə razılıq əldə olunub. D.Tramp İrana iki həftə vaxt verib. İranın Ali Dini rəhbəri Xamenei isə ABŞ-ın mövqeyini tənqid edərək nəticənin birtərəfli olmayacağını deyib".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov ABŞ-İran danışıqlarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, ABŞ və İran hələ uzlaşmaya çox uzaqdırlar:

"Birbaşa təmaslar da yoxdur. Vaşinqton İran ətrafında hərbi gücünü artırır, Tehran isə Rusiya ilə birgə Hörmüzdə hərbi manevrlər edir. Ağ Evin tələbləri təkcə nüvə və raket texnologiyası ilə bağlı deyil. Tramp İranın zəngin təbii resurslarına və strateji sahələrinə nəzarəti əldə etmək istəyir".

Əli Orucov deyib ki, dünyanın neft ehtiyatının 68 faizinə nəzarət edən ABŞ İranın da ehtiyatlarını bura qatmaqla dünya iqtisadiyyatının Ağ Evdən idarə edilməsinə çalışır:

"Güc tətbiq etməklə razılaşma qazanmaq prinsipi İranla bağlı bir qədər çətin olduğundan hərbi müdaxiləyə ehtiyatla yanaşılır. Çünki zəngin təbii resusrslara malik ölkələrdən sıxışdırılıb çıxarılan Çin və Rusiyanın ABŞ-a qarşı hibrid müharibə riskləri var. Odur ki, qarşıdurma uzun müddət diplomatik, hərbi göstəri, təbliğat və siyasi həmlə üzərində davam edəcək".

Süleyman
Xəbəri paylaş