
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qazaxıstana işgüzar səfərə gedib.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutub.
Özbəkistan prezidenti sabah Qazaxıstanın paytaxtında keçiriləcək Regional Ətraf Mühit Sammitində və Beynəlxalq Aral Dənizinin Xilas Edilməsi Fondunun Təsisçi Dövlətlər Başçıları Şurasının iclasında iştirak edəcək. Şavkat Mirzoyevin sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcəyi də nəzərdə tutulur.
Süleyman











































