Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qarabağda xariqələr yaradır

Azərbaycan Qarabağda xariqələr yaradır


"Azərbaycan bu gün Qarabağda xariqələr yaradır. İşğaldan azad edilmiş ərazilərdə salınan yeni şəhərlər, yaşayış məntəqələri, həyata keçirilən infrastruktur layihələri dünyanın diqqətini də cəlb edir. Məhz sadalanan bu kimi müsbət tendensiyaların nəticəsidir ki, Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi qərara alınıb".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar həm də ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərin, qiymətin göstəricisidir:

"Bu forum bizə Qarabağda həyata keçirilən genişmiqyaslı işlərin dünyaya daha yaxından çatdırılması, görülən işlərin təbliği baxımından da əhəmiyyətlidir".

Süleyman
Xəbəri paylaş