
Özbəkistan milli futbol komandası Nyu-Yorkda keçirilən yoldaşlıq oyununda Niderlanda 1-2 hesabı ilə məğlub olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, qələbə qolunu Kodi Qakpo (32-ci və 90+8-ci dəqiqələrdə) penaltidən vurub. Məğlub komandanın qolunu isə İqor Sergeev (90+2) vurub. Niderlandlı yarımmüdafiəçi və "Spartak Moskva"nın keçmiş oyunçusu Qus Til 87-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Dünya Kubokunda ilk dəfə iştirak edən Özbəkistan milli komandası qrup mərhələsində Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Arzu












































