Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Vəkillər Kollegiyasının rəhbəri narkotiklə saxlanıldı

Türkiyədə Vəkillər Kollegiyasının rəhbəri narkotiklə saxlanıldı


Türkiyədə narkotik qaçaqmalçılarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

Newscenter. az trthaber-ə istinadən bildirir ki, Dənizlidə həyata keçirilən əməliyyat zamanı əsasən hüquq sistemində çalışan şəxslər şübhəli qismində saxlanılıb.

Yerli polsiin verdiyi məlumata görə, əməliyyat zamanı Dənizli Vəkillər Kollegiyasının rəhbəri Ufuk Kök də daxil olmaqla 12 nəfər tutulub. Saxlanılan digər 11 nəfər də vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərdir. Onlar barəsində narkotik istifadə ittihamı ilə həbs qərarı çıxarılıb.

Dənizli Vəkillər Kollegiyasının binasında və təyin olunmuş ünvanlarda axtarışlar davam edir.

Süleyman
Xəbəri paylaş