Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATXƏM sədri şəhid ailələri ilə görüşüb

ATXƏM sədri şəhid ailələri ilə görüşüb


Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə ATXƏM İB-nin sədri İlham İsmayılov Hərbi Memorial Məzarlığını ziyarət edib.

Newscenter.az xəbər verir ki, bu barədə ATXƏM sədri sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirilib ki, İlham İsmayılov Azərbaycanın Milli Qəhrəmanları, General-mayor Polad Həşimov, xüsusi təyinatlı polkovnik-leytenant Murad Mirzəyev, Mübariz İbrahimov, şəhidlər Rəşad Zeynallı, Təbriz İbrahimov və digərlərinin məzarlarını ziyarət edib. İlham İsmayılov həmçinin, şəhid ailələri ilə də görüşüb.

"Şanlı Ordumuzu, Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətlə təbrik edirik!

Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Türk Dünyası!",- deyə İctimai birlik sədri qeyd edib.

Süleyman
Xəbəri paylaş