Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda reqbi idman növünü inkişaf etdirmək lazımdır

Azərbaycanda reqbi idman növünü inkişaf etdirmək lazımdır


"Hesab edirəm ki, reqbi idman növünü Azərbaycan ərazisində daha fəal inkişaf etdirmək lazımdır. Reqbi güclü, intizamlı və vətənpərvər, dürüst mübarizə aparmağı, komandaya hörmət edən, ləyaqətlə irəli gedən nəsil yetişdirmək üçün mühüm hədəf ola bilər".

Newscenter.az xəbər verir ki, bunları “Caspian Capital Holding”in vitse-prezidenti
Qlobal Həmrəylik Şurasınln Qafqaz üzrə sədri David Seliverstov deyib. O bildirib ki, bununla bağlı Georgi Çikoidze ilə də fikir mübadiləsi aparıb:

"Dostumuz Georgi Çikoidze ilə Gürcüstan millisinin reqbi komandasını müzakirə etdik, həmçinin bu idman növünün Qafqazda niyə kifayət qədər populyarlıq qazanmadığını və gənclərimiz arasında niyə həmişə maraq doğurmadığını danışdıq".

David Seliverstov qeyd edib ki, reqbi sadəcə bir oyun deyil:

"Bu, xarakter, ruh gücü, komanda məsuliyyəti, rəqibə hörmət və əsl kişi tərbiyəsi məktəbidir. Şərəfin, iradənin, cəsarətin, qardaşlığın hər zaman dəyərləndirildiyi Qafqazda reqbi gənclər arasında layiqli yer tuta bilər".

Süleyman
Xəbəri paylaş