
Dünənə qədər Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun sadiq tərəfdarları and-aman edirdilər ki, seçkilərdən sonra parlamentə getməyəcək, mandat götürməyəcəklər.
Ancaq Ermənistanın Mərkəzi Seçki Komissiyası ötən gün Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun Milli Assambleyada 12 yer qazandığını elan edən kimi Köçəryanın çaqqal nəriltisi halından məmnun köpək mırıltısına çevrildi: “Hamısını götürürük!”
Beləliklə, Köçəryan və onun 12 "həvari"si öncədən xalqa verdikləri boykot vədlərinə baxmayaraq, bütün mandatları götürməyə qərar verdilər.
Azərbaycana qarşı müharibə cinayətlərində əli olan və Rusiyanın sadiq köpəyi kimi tanınan Ermənistanın sabiq prezidenti R.Köçəryanın siyasi addımlarında birdən-birə sərt "U" dönüşü etməsində qeyri-adi heçnə yoxdur. Çünki onsuz da Köçəryanın bütün siyasi karyerası ayağı sürüşkənliyin, vədlərinə əməl etməməyin, səbatsızlığın üzərində qurulub.
Başqa sözlə desək, Robert Köçəryan əsl siyasi fahişəlik simvoludur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri












































