
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Hökumət Kabineti Beştəpədə toplanacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, gündəlikdə Ankarada keçirilən NATO Zirvə Toplantısının nəticələri də yer alacaq. Türkiyə-ABŞ münasibətlərindəki son vəziyyət, regional təhlükəsizlik və iqtisadi məsələlər də iclasda müzakirə olunacaq.
Toplantıda NATO Zirvə toplantısında qəbul edilən qərarlar qiymətləndiriləcək.
Prezident Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasındakı görüşün nəticələri də iclasda nəzərdən keçiriləcək.
İclasda Qəzza, İran və iqtisadi məsələlərin də müzakirə mövzusu olacağı gözlənilir.
Anar












































