
Fransa Ukrayna ilə birgə lisenziyalı istehsal adı altında Kiyevə hazır SCALP uzunmənzilli qanadlı raketlər təhvil verəcək.
Newscenter.az xəbər verir ki, bunu TASS-a Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov bildirib.
Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən "İstək Koalisiyası" sammitindən sonra Avropa SAMP-T hava hücumundan müdafiə raket sistemi (SAM) üçün raketlərin yaxın həftələrdə Ukraynaya çatdırılacağını elan etdi. O əlavə etdi ki, koalisiya iclasında Ukraynaya əlavə radar sistemlərinin və raketlərin köçürülməsi müzakirə olunub və Ukrayna ilə AASM idarə olunan bombalar, SAMP-T üçün Aster 30 raketləri və SCALP raketləri də daxil olmaqla müxtəlif silahların birgə lisenziyalı istehsalı barədə razılığa gəlinib.
SCALP raketlərinə gəldikdə, bu, faktiki olaraq çatdırılmaların açıq şəkildə leqallaşdırılmasıdır.
Anar












































