Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İxtisas seçimi zamanı bu səhvlərə yol verməyin:Mütəxəssiz mövqeyi

İxtisas seçimi zamanı bu səhvlərə yol verməyin:Mütəxəssiz mövqeyi


Bir neçə gündən sonra ixtisas seçimi başlayacaq. Bu mərhələdə ən vacib məsələ sadəcə uşağın topladığı bala uyğun ixtisas tapmaq deyil. Əsas məsələ doğru universiteti, doğru ixtisası və gələcək üçün doğru istiqaməti seçməkdir.

Təəssüf ki, çox vaxt seçim yalnız əvvəlki illərin keçid ballarına baxılaraq edilir. Halbuki keçid balı heç də həmişə universitetin ümumi səviyyəsini və həmin universitetin konkret bir ixtisas üzrə gücünü tam göstərmir.

Məsələn, eyni ixtisas üzrə bir universitetdə keçid balı 500-550-dən yuxarı, başqa universitetdə isə təxminən 350-400 ola bilər. Amma əmək bazarında işəgötürənlər ikinci universitetin həmin ixtisas üzrə məzunlarına daha çox üstünlük verə bilirlər. Çünki bilirlər ki, məhz həmin universitet bu sahə üzrə daha yaxşı kadr hazırlayır.
Yəni, hansısa bir universitet ümumilikdə güclü ola bilər, amma orada bütün ixtisaslar eyni səviyyədə deyil.

Eyni zamanda, bu gün keçid balı yüksək olan, amma 20–25 il sonra heç bir dəyəri qalmayacaq ixtisaslardan qaçın.

Ona görə də ixtisas seçərkən keçid balından başqa daha 3 məsələyə birlikdə baxmaq lazımdır:

1. Həmin universitetin konkret ixtisas üzrə real tədris səviyyəsinə.
2. Əmək bazarında həmin məzunlara 5-7 il sonra olacaq tələbə.
3. Bu ixtisasa tələbin 20-25 il sonra hansı səviyyədə olacağına.

Odur ki, ixtisas seçimi sadəcə jurnalı qabağa qoyub uşağın balına uyğun kodları yuxarıdan aşağı düzmək deyil. Bunu etmək üçün heç ekspert olmağa da ehtiyac yoxdur. Əsas məsələ kodu yazmaq yox, hansı kodu niyə yazdığını bilməkdir. Çünki bugünkü abituriyent karyerasının zirvəsində 20-30 il sonra olacaq. Ona görə də kodlaşdırma edən şəxs əmək bazarının 20-30 il sonrakı vəziyyəti haqqında viziona sahib olmalıdır.
Əlqərəz, övladınız 11 il oxuyub, siz illərlə onun təhsilinə vaxt, pul və zəhmət sərf etmisiniz. Son mərhələdə verilən yanlış qərar bütün bu zəhmətin nəticəsini ciddi şəkildə zəiflədə bilər.

Eldəniz Əmirov, iqtisadçı
Xəbəri paylaş