
Türkiyə mediasında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan bizə yardım etdi, sərhəddi açdı və s. kimi açıqlamasını guya Azərbaycanın müharibə dövründə İrana hərbi dəstək verdiyi kimi qələmə verilməsi absurddur.
Azərbaycan İrana humanitar dəstək məqsədilə yardım göndərdi. Rusiyanın da eyni məqsədlə humanitar karvanının İrana keçməsi üçün Azərbaycanın sərhəddi açdığı doğrudur. Amma bu yüklərin hərbi məqsədli olduğu fikri yanlışdır, təxribatdır.
Əvvəla Azərbaycan İrana həmin dövrdə hansı hərbi yardım edə bilərdi? Yerüstü əməliyyatların olmadığı, İran hava məkanının tamamilə müdafiəsiz qaldığı bir vaxtda Azərbaycan İrana hansı hərbi məqsədli dəstək verə bilərdi? Ru həmçinin hansısa hərbi yükün digər ölkə ərazisindən keçməsi üçün öncədən məlumatlandırma və razılıq alınır. Həmin məqamda Rusiyadan Azərbaycandan keçməklə nə kimi vacib hərbi yük keçə bilərdi ki, buna Azərbaycan şərait yaradacaqdı? Onsuz da Rusiya və İran öz aralarında hərbi yükləri Xəzər dənizi ilə daşıyırlar. Hesab edirəm ki, xəbərin mahiyyətinin dəyişdirilməsi məqsədli şəkildə edilir və İsrail-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
Azər Qasımov,
ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi












































