
"Şərtlərimiz qəbul edilənə qədər Hörmüz boğaz açılmayacaq".
Newscenter.az xəbər verir ki, bu barədə Fars Körfəzi Su Yolları İdarəsi məlumat yayıb. Bildirilib ki, bu, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması ilə bağlı açıqlamalarına cavab xarakteri daşıyır.
Sözügedən qurum ABŞ-da yerləşən bir şirkətin sosial media hesabı vasitəsilə açıqlama yayıb.
Açıqlamada deyilir:
"ABŞ rəsmilərinin Hörmüz boğazında İran blokadasının qaldırılması ilə bağlı təkrarlanan fikirləri və sosial media paylaşımları reallığı dəyişdirmir. Hörmüz boğazı hələ də bağlıdır və İranın şərtləri qəbul edilənə qədər yenidən açılmayacaq".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduğunu söyləmişdi.
Anar











































