
Özbəkistan və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi Tehranda keçirilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Özbəkistan nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Bəhromjon Aloyev, İran tərəfinə isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxti-Ravonçi rəhbərlik edib.
Danışıqlar ticarət, iqtisadi və investisiya əməkdaşlığının inkişafı, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın intensivləşdirilməsi məsələlərinə yönəlib.
Tərəflər həmçinin mədəni və humanitar mübadilələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.
Səfər çərçivəsində Bəhromjon Aloyev İranın xarici işlər naziri Abbas Əraqçi ilə də görüşüb.
Söhbət zamanı ticarət, investisiya və nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, hökumətlərarası mexanizmlər və işgüzar münasibətlərin aktivləşdirilməsi məsələləri müzakirə olunub.
Süleyman











































