Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu tip addımlarla Türkiyəni çəkindirmək mümkün deyil

Bu tip addımlarla Türkiyəni çəkindirmək mümkün deyil


"Regional maraqlar və tarixdən qaynaqlanan nifrət Türkiyəyə qarşı İsrail - Yunanıstan ittifaqının təməlini təşkil edir. İkilinin ən son olaraq 3 milyard avroluq "Axilles qalxanı" adlı müdafiə sistemlərinin tədarükünü nəzərdə tutan saziş imzalaması prosesin davamlı xarakter aldığının təsdiqidir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, saziş çərçivəsində Afina Təl-Əvivdən SPYADER " BARAK MX" "David 's Sling" kimi alçaq, orta - uzun və anti-ballistik qabiliyyətli HHM sistemləri əldə etməyi planlaşdırır:

"Bunlar isə bir qayda olaraq məhz Türkiyənin zərbə qüvvəsini, yəni, ballistik, qanadlı raketlər və kütləvi dron zərbə imkanlarını minimallaşdırmaq üçündür. Effektiv olarmı? Bütün müdafiə sistemləri doyma həddinə çatandan sonra öz effektivliyin itirir. Elə adını çəkdiyim sistemlər İranla müharibə zamanı İsraili tam olaraq müdafiə edə bilmədi. Həmçinin eyni ssenari Türkiyə - Yunanıstan müharibəsi olacağı təqdirdə də yaşanacaq.
Türkiyə nəinki Yaxın Şərqdə, ümumiyyətlə, qlobal müstəvidə artıq öz gücünü, mövqeyini təsdiq etmiş bir subyekt kimi qəbul edilir və bu reallıq heç şübhəsiz Təl-Əviv və Afinanı narahat edir".

Pərviz Mirizadə qeyd edib ki, hər ikisinin qarının ağrısı Ərdoğan administrasiyasının neoosmanlı ideyalarını cücərtməsidir:

"Məhz bu səbəbdən ölkədən daha çox prezident Ərdoğan hədəf alınır. Lakin unutduqları bir reallıq var ki, imperiya düşüncəsi türk toplumunun genetik kodlarında öz əksini tapır. Laiklik kimi anlayışlar anadolu insanı üçün tamamilə mənimsəniləsi bir mexanizm deyil. Daha dərinə getsək Türkiyə təqribən 90 milyonluq bir ölkədir və miqrantları da nəzərə alarsaq bu say 100 milyonu keçir. Kifayət qədər inkişaf etmiş hərbi sənaye və sürətlə böyüyən iqtisadiyyata sahibdir. Buna qarşılıq isə Yunanıstan və İsrailin birlikdə canlı qüvvə potensialı təqribən 20 milyondan biraz çoxdur. Bu müqayisə özü belə bir çox gerçəklikdən xəbər verir".

Şərhçinin sözlərinə görə, burada qazanclı çıxan İsraildir:

"Böyük həcmdə ixrac həyata keçirir. İtirən isə Yunanıstandır. Həddindən artıq silah alışları Afinanın iqtisadiyyatını tədricən dar boğaza salacaq. Bununla paralel bu qədər silah-sursatı idarə edəcək peşəkar hərbçi heyəti də yetişdirmək olduqca çətindir. Nəticə ondan ibarətdir ki, İsrail Yunanıstan istifadə etməklə həm yaxşı qazanc yeri formalaşdırır, həm də Türkiyəni məşğul etməyi hədəfləyir. Ancaq ox yaydan çıxıb artıq. Bu tip addımlarla Türkiyəni çəkindirmək mümkün deyil".

Süleyman
Xəbəri paylaş