
"Diplomatik korpusun işğaldan azad edilmiş torpaqlarımıza hər bir səfərindən sonra Ermənistanın media məkanında genişmiqyaslı dezinformasiya və növbənöv psixoloji təzyiq kampaniyaları müşahidə olunur. Sosial şəbəkələrdə və hakimiyyətə yaxın media resurslarında xarici diplomatlara qarşı təhqiramiz ifadələr işlədilir, onların obyektivliyi şübhə altına alınır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nazilə Abbasova deyib. O bildirib ki, bu cür informasiya manipulyasiyaları Ermənistan cəmiyyətində azərbaycanofobiya və ksenofobiya mühitini daha da dərinləşdirir:
"Revanşist ideoloqlar xalqı yenidən xülyalarla yaşatmağa, məğlubiyyətin acı nəticələri ilə üzləşməkdən yayındırmağa çalışırlar. Lakin bu cür media təxribatları nə beynəlxalq birliyin mövqeyini dəyişdirə, nə də Azərbaycanın azad edilmiş ərazilərində sürətlə aparılan bərpa və quruculuq işlərinə zərbə vura bilər".
Anar












































