
Belarus Prezidenti Aleksandr Lukaşenko 20 yetkinlik yaşına çatmayan şəxslər daxil olmaqla 297 nəfərə Belarus vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
Newscenter.az xəbər verir ki, bu barədə BelTA məlumat verib.
Məlumata görə, vətəndaşlıq alanlar Azərbaycan, Ermənistan, Vyetnam, Qazaxıstan, Latviya, Litva, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna da daxil olmaqla 28 ölkəni əhatə edir. Onlar kənd təsərrüfatı, xidmət, ticarət, səhiyyə və təhsil sahələrində çalışırlar.
Eyni zamanda, Lukaşenko inzibati və cinayət əməlləri törətmiş bir sıra şəxslərin vətəndaşlıq üçün müraciətlərini rədd edib.
Süleyman











































