
Rusiya Baltikyanı ölkələrdə yeni NATO qoşunlarının yerləşdirilməsindən narahatdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Zaxarova Baltikyanı ölkələrdə yeni NATO qoşunlarının yerləşdirilməsinin mümkünlüyünü eskalasiya adlandırıb.
"Rusiya Baltikyanı ölkələrdə əlavə NATO kontingentlərinin yerləşdirilməsinin mümkünlüyünü eskalasiya kimi qiymətləndirir. Biz açıq şəkildə Amerika qoşunları da daxil olmaqla əlavə NATO kontingentlərinin Baltikyanı ölkələrdə yerləşdirilməsini müşahidə edirik. Bunu haqlı olaraq Baltikyanı ölkələrdə müvafiq hərbi infrastrukturun yaradılmasının eskalasiya kimi qiymətləndiririk", - deyə Zaxarova bildirib.
Anar












































