"Hazırki nüvə silahlarının dağıdıcı gücü Yaponiyanın şəhərlərinə atılanları yüz dəfələrlə üstələyir. Rusiya rəsmiləri “nüvə sulahından istifadə edə bilərik” ifadəsini o qədər tez-tez işlədirlər ki, sanki söhbət Kalaşnikov avtomatları və ya İsgəndər raketləriylə aparılan müharibədən gedir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O deyib ki, nüvə müharibəsindən sağ çıxanlar olsa da, bəşəriyyətin müharibədən əvvəlki vəziyyətə qayıtması üçün yüz illər lazım gələcək:
"Hər il keçirilən iqlim dəyişikliyi konfransları ilə yanaşı nüvə müharibəsi əleyhinə beynəlxalq konfransın təsisinə də ehtiyac var".
Anar Əliyev