Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onların müqəddəs xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq

Onların müqəddəs xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq


Bu gün Birinci və İkinci Qarabağ müharibələrinin bütün şəhidlərinin müqəddəs xatirəsi qarşısında dərin ehtiramla baş əyirik. Onların qanı yerdə qalmadı, biz qisasımızı döyüş meydanında aldıq, torpaqlarımızı azad etdik. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir, onların şücaəti və fədakarlığı dastana çevrilib.

Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti, erməni millətçilərinin soyqırımları və beynəlxalq təşkilatların ikili standartları müharibəni qaçılmaz etdi. 30 il susmadıq, haqq səsimizi ucaltdıq, 2020-ci ilin 27 sentyabrında isə Ali Baş Komandanın əmri ilə əks-hücuma qalxaraq 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdıq.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və yüzlərlə kəndimiz işğaldan azad edildi, Ağdam, Kəlbəcər və Laçın isə siyasi-diplomatik yolla geri qaytarıldı. 44 günlük müharibə milli iradəmizin, milli ruhumuzun və birlik əzminin parlaq təntənəsi oldu.
Anım Günü şəhidlərimizə sonsuz ehtiramın ifadəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Qələbəni əbədi qoruyacağıq, Azad torpaqlarımızı qurub-yaradacağıq,Onların adını hər zaman şərəflə ucaldacağıq.

Onların müqəddəs xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş