Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İmişli şəhərində İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
Newscenter.az Komitəyə istinadən xəbər verir ki, qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Süleyman