2024-cü ildə 50 min şəhid və yə qazi yaxını işlə təmin olunub. Bundan əlavə bu il 10 min 548 nəfərin pulsuz nəqliyyatdan yararlana bilməsi üçün gediş kartları təqdim etdik.
Newscenter.az xəbər verir ki, bunları Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib. Nazir Göktaş onların hər zaman şəhid yaxınlarının və qazilərin xidmətində olduqlarını qeyd edib.
Nazirlik olaraq şəhidlərin əziz xatirələrini qorumaq, yaxınlarının dinc həyat sürmələrinə dəstək olmaq üçün qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etdiklərini bildirən Göktaş, "Şəhid ailələrimizin ehtiyaclarını ödəmək və həyat şəraitini yaxşılaşdırmaq üçün hər fürsəti səfərbər edirik. Təhsildən səhiyyəyə, məşğulluqdan sosial dəstəyə qədər geniş miqyasda araşdırmalar həyata keçiririk",-deyə nazir vurğulayıb.
Mehman Mehdiyev