
ABŞ-ın Florida ştatının küçələrində çoxlu meymun görünüb.
Newscenter.az CBS News-a istinadən bildirir ki, Florida polisi vətəndaşlara heyvanlara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər ictimaiyyəti meymunlara yem verməmək barədə də xəbərdar edib. Bildirilib ki, Florida küçələrində heyvanları görənlər Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası ilə əlaqə saxlasınlar.
Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası isə 2017-ci ildə vəhşi meymunların qidalanmasına qadağa qoyulduğunu elan edib.
Mehman Mehdiyev