Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron öz ölkəsini uçuruma aparır

Makron öz ölkəsini uçuruma aparır



Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə ilə bir çox mühüm məsələlərə toxunub. O bildirib ki, “Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi”.

44 günlük Vətən Müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi. O, həm də, işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi. Bu, Paşinyanla bərabər Makronun cənab Prezidentə şəxsi məğlubiyyəti idi. Çünki, Makron müharibənin ilk günlərindən Azərbaycana müxtəlif formalı təzyiqlər göstərməyə çalışdı, ölkəmiz əleyhinə BMT Təhlükəsizlik Şurasında 5 qətnamə layihəsi irəli sürdü. Buna rəğmən, dövlətimizin başçısı sonacan təzyiqlərə məhəl qoymayaraq müzəffər qələbə qazandı. Ermənistanın məğlubiyyətini Makron şəxsi uğursuzluğu kimi qəbul etdiyindən, müharibədən 4 il keçməsinə baxmayaraq, Azərbaycan əleyhinə səylərini dayandırmır. O, proqmatik düşüncədən kənara çıxaraq, məsələni şəxsiləşdirir.

Fransa Ermənistana həm maddi, həm də hərbi yardımlarını dəfələrlə artırıb. Makron hökuməti Ermənistanı hərbiləşdirməklə oradakı revanşist qüvvələri təşviq edir, Azərbaycana qarşı yeni müharibəyə həvəsləndirir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir. Çünki, Azərbaycan heç bir xarici qüvvəni öz ərazisinə buraxmır və ölkənin suverenliyini hökumət yüz faiz öz təminatı altında saxlayır.

Prezident, həmçinin, Makron hakimiyyətinin bu ölkəni uğursuzluğa apardığını bildirib. Bu isə bizə yaxın keçmişi xatırladır. Makron zülmündən təngə gəlmiş, 21-ci əsrdə kolonializmin yeni növü yaşadılan Fransanın dənizaşırı ərazilərində yerli xalqlar müstəqillik əldə etmək, öz milli kimliyinə qovuşmaq, tarixini, mədəni irsini yaşatmaq imkanı əldə etmək üçün əzmlə mübarizə aparırlar. Dünya onların haqlı davasını izləyir, lakin Makron təkəbbüründən dönmür, hətta onları nankor adlandırır. O, yerli xalqların müstəqillik və azadlıq arzularının qarşısını almaq üçün müxtəlif yollarla təzyiq göstərməyə davam edir. Fransa hökuməti, bu ərazilərdə mövcud hakimiyyətini qorumaq üçün siyasi, iqtisadi və mədəni alətləri işə salır, lakin bu, yerli xalqların mübarizə əzmini daha da artırır. Məsələ artıq təkcə Fransa ilə bu ərazilər arasında deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzinə çevrilib. Bir çox ölkələr və insan hüquqları təşkilatları bu mübarizəyə dəstək verərək, yerli xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edirlər. Makronun kolonial siyasəti tənqid atəşinə tutulur, lakin bu tənqidlərə baxmayaraq, Fransa rəhbərliyi status-kvonu qorumağa çalışır. Bu isə mübarizənin yaxın gələcəkdə daha da güclənəcəyinə işarə edir.

Makron Beşinci Respublikanın ən uğursuz prezidenti kimi Fransanın xarici ikitərəfli əlaqələrinə ciddi ziyan vurdu ve ənənəvi nüfuz ərazilərində mövqelərini və hərbi-siyasi mövcudluqlarını itirdilər. Fransanın Ermənistanda güclənmək ambisiyası da uğursuzluğa düçar olacaq.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Xəbəri paylaş