Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan Qalib Lider, Qalib Sərkərdənin rəhbərliyi ilə yeni zirvələrə doğru uğurla addımlayır

Bu gün Azərbaycan Qalib Lider, Qalib Sərkərdənin rəhbərliyi ilə yeni zirvələrə doğru uğurla addımlayır


Hər bir dövlətə, xalqa nəsib olmur tarixə adını yazan dahi şəxsiyyətlər yetişdirmək. Əminliklə deyə bilərik ki, bu sarıdan Azərbaycan xalqı ən xooşbəxt xalqlardan, Azərbaycan isə ən şanslı dövlətlərdəndir. Çünki son iki əsrdə Heydər Əliyev və Onun layiqli davamçısı İlham Əliyev kimi tarixi şəxsiyyətlər yetişdirib.

XX əsrin 60-90-cı illərində Ümummmilli Lider Heydər Əliyev Azərbaycan naminə, ölkəmizin inkişaf etdirilməsi istiqamətində atdığı addımlarla adını tarixə yazdı. Xalqın liderinə çevrildi. XXI əsrdə isə bu missiyanı Onun layiqli davamçısı Cənab İlham Əliyev davam etdirdi. 63 illik ömür yolunun tən yarısını müxtəlif dövlət vəzifələrində çalışan, 2003-cü ildən isə Azərbaycan adlı gəminin kapitanı kimi ölkəmizi yalnız uğurlara, zirvələrə doğru aparan Cənab İlham Əliyev təkcə siyasi lider kimi dünya siyasi səhnəsində ad qazanmadı, həm də ata vəziyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan kimi tarixə öz möhürünü vurdu. Ulu Öndər 2003-cü ildə “Mən İlham Əliyevə özüm qədər inanıram” deyəndə yanılmamışdı. Onun siyasi bacarığı, liderlik qabiliyyəti, qətiyyətinə güvənir və Onu özünə haqlı olaraq layiqli davamçı seçirdi.

Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən sələfi Ümummilli Lider kimi qısa zamanda xalqın sevimli liderinə çevrilə bildi. İlk dəfə Azərbaycan Prezidenti kimi and içərkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam” fikirləri ötən 21 il ərzində əməli, gördüyü işlərlə təsdiqlədi. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yoluna qədəm qoydu. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun, eləcə də dünyanın lider dövlətlərindən birinə çevirdi. İllər öncə Azərbaycana ikinci, üçüncü sort ölkə kimi baxan supergüclər artıq Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldılar, Onun Liderinin imzasına hörmətlə yanaşmalı oldular. Çünki Azərbaycan Liderinin söylədiyi hər bir fikir Onun imzası qədər də keçərli idi.

İlham Əliyev illərlə xəyal etdiyimizi gerçəkliyə çevirdi. Müzəffər Ali Baş Komandan kimi Qarabağ həsrətimizə son qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı cəmi 44 günə azad edərək adını Qalib Sərkərdə kimi təkcə Azərbaycan deyil, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Ən əsası tarixi ədaləti bərpa etməklə 200 illik erməni mifinə, erməni yalanlarına son qoymuş oldu. Yuxularmızda getdiyimiz Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına real həyatda getmək imkanı qazandırdı bizlərə. Azərbaycanın ərazi bütövlüyünü Güclü Lider, Güclü Şəxsiyyət olaraq tam bərpa edərək dünyaya, eyni zamanda erməni maraqlarına xidmət edən dairələrə həm də dərs keçmiş oldu.

Bu gün Azərbaycan 63 yaşlı Qalib Lider, Qalib Sərkərdənin rəhbərliyi ilə yeni zirvələrə doğru uğurla addımlayır. Bu yol çətin olduğun qədər də şərəfli, uğurludur. Bu şərəfli yolda biz də milli inkişafçılar olaraq Cənab Prezidentə uğurlar arzulayır, Onu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

Tanrı Azərbaycanımızı, Onun Qalib Lideri Cənab İlham Əliyevi qorusun.

Arzuman Muradlı, “Milli İnkişaf” İctimai Birliyinin sədri
Xəbəri paylaş