Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçikada meymun çiçəyi virusunun yeni variantı aşkar edildi

Belçikada meymun çiçəyi virusunun yeni variantı aşkar edildi


Meymun çiçəyi virusunun yeni variantı ilk dəfə Belçikada aşkar edildi.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, virusun yeni variantına Vallon bölgəsindəki bir xəstədə rast gəlinib.

Belçikanın Sciensano səhiyyə institutunun verdiyi açıqlamada xəstənin Afrikada virus əlamətləri göstərən şəxslə cinsi əlaqə nəticəsində yoluxduğu və həmin şəxsin diaqnozdan əvvəl özünü təcrid etdiyi bildirilib.

Açıqlamada, ölkə daxilində görülən tədbirlər nəticəsində virusun ümumi əhali üçün aşağı riskli olmağa davam etdiyi bildirilib. Belçikada aşkar edilən variantın əvvəlki variantlardan daha yoluxucu olduğu iddia olunur.

Qeyd edək ki, virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş