Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Iran rəhbərliyinə sərt XƏBƏRDARLIQ

Iran rəhbərliyinə sərt XƏBƏRDARLIQ


Prezident İlham Əliyevin yanvarın 7 - də yerli televiziya kanallarına verdiyi müsahibədə İranla münasibətlərə toxunması və hadisələrin inkişafını detallı şəkildə izah etməsi son zamanlar qarşı tərəfdən artan təhdid siyasətinə verilən ən güclü cavab idi. Suriyada yaxın müttəfiqi Əsəd rejimini qoruya bilməyən, son 6 ayda Yaxın Şərqdəki proksi qüvvələrinə yardım əli uzatmaqda aciz qalmış İran rəhbərliyinin diqqəti başqa yönə çəkmək üçün Azərbaycanı hədəf seçməsi heç bir halda cavabsız qala bilməzdi. Ərdəbilin imam - cüməsi Seyid Həsən Amulinin şəbih məclisindəki təhqiramiz fikirləri bir daha bu ölkənin informasiya siyasətinin ortaya qoyur. Bu hücumlar niyə məhz Ərdəbildən istiqamətləndirilir, bu da başqa mövzudur. Ərdəbil Azərbaycan şəhəridir və görünür ki, İran rəhbərliyi hər dəfə Amulini danışdırmaqla güney məsələsindən nə qədər qorxduğunu açıq şəkildə ortaya qoyur. İlk növbədə, Həsən Amuli " əyalət mollası " dır və onun həddini aşaraq qonşu dövləti və onun rəhbərliyini təhdid və təhqir etməsi şübhəsiz ki, icazə ilə ola bilər. Görünür ki, Əli Xameneinin xeyir - duası, SEPAH - ın əmri ilə hərəkət edən bu molla cəzasız qalacağından çox arxayındır. Prezident İlham Əliyevin rəsmi İranı fakt qarşısında qoyması və prinsipial mövqe sərgiləmədi şübhəsiz ki, Tehranda çaşqınlıq yaratdı. Heç təsadüfi deyil ki, ertəsi günü, yanvarın 8 - də Iranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya gəldi və eyni gündə İran prezidenti Məsud Pezeşkian da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng etdi. Dövlət başçısı hadisələri detallı şəkildə izah etməklə Azərbaycan xalqını da İranın düşmən münasibəti və atdığı addımlar barədə məlumatı məlumatlandırdı. İlham Əliyev buna paralel şəkildə İranın rəhbər dairələrinə, Amulini təyin edən və danışdıranlara da konkret mesajı göndərdi. Dövlət başçısı faktiki şəkildə göstərdi ki, İranın heç bir hərəkəti cavabsız qalmayıb və bundan sonra da qalmayacaq. Aydın məsələdir ki, Azərbaycan qarşı informasiya siyasəti məhz mühafizəkar dairələr, əsasən də SEPAH tərəfindən aparılır. İslahatçı cinahın nümayəndəsi Məsud Pezeşkianın prezident seçilməsindən sonra ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərin olacağı gözlənilən idi. Prezident İranın yeni rəhbərliyini də vəziyyətdən çıxış yolunu göstərdi. Əgər İran Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə səfirliyimizə hücum edən terrorçu dərhal edam edilməli, Həsən Amuli vəzifəsindən azad edilərək Azərbaycandan üzr istəməli və İrandan bir daha bu kimi hücumların olmasının qarşısı alınmalıdır. Əks halda Azərbaycan da lazımi addımları atacaq. Pezeşkianın zəngi və eyni gündə Əhmədianın Bakıya səfəri mesajların yerinə çatdığına göstərir. Qalır İran tərəfinin bu mesajları düzgün dəyərləndirərək irəli doğru lazımi addımları atması.

Zeynal Əmrəliyev
Xəbəri paylaş