Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi statistika reallığı əks etdirmir

Rəsmi statistika reallığı əks etdirmir


"Son 15 ildə Los Ancelesdə əhali sayı artmaq əvəzinə 23 min nəfər azalıb. Əhali sayı artmayan bir şəhərdə yaşanan yanğın fəlakətinn nəticəsi göz qabağındadır. Bakı şəhərində isə rəsmi statistikaya görə, 2000-ci ildə əhali sayı 1,8 milyon nəfər təşkil edib. Bu günki əhali sayı ilə bağlı isə dəqiq rəqəm söyləmək olmur. Çünki rəsmi statistika reallığı əks etdirmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, qeyri-rəsmi məlumatlara əsaslamaq isə qeyri-peşəkarlıq kimi görünər:

"Amma fakt budur ki, şəhər inanılmaz qədər yüklənib və proses davam edir.
Bu yüklənmənin ilkin fəsadı və hamının gördüyü fəsadı tıxaclardır. Lakin tıxaclara bir təhər dözmək olur. Amma gözlə görülməyən çox ciddi ehtiyat ediləcək məqamlar vardır. İnsanlar nə qədər bir yerə çox toplaşarsa, fövqaladə vəziyyətlərdə, yanğınlarda, zəlzələlərdə və digər xoşagəlməz proseslərdə bunun nəticələri çox təhlükəli ola bilər. Bu məqamları diqqət mərkəzində saxlamaq mütləqdir".

Anar Əliyev
Xəbəri paylaş