Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Əsədi ABŞ-a satmaq planları

İranın Əsədi ABŞ-a satmaq planları


Fars və müasir İran tarixi xəyanət və riyakarlığı ilə dünya tarixində xüsusi yer tutur. Ən azı, 1945-ci ildə Sovet İttifaqının dəstəyi ilə Cənubi Azərbaycanda qurulan Azərbaycan Milli Hökümətinə dəstəyi dayandırmaq üçün, İran şahı Məhəmməd Rza Pəhləvin Stalin qarşısında, özüdə Tehranda davranışını xatırlamaq bəs edir.

Keçən əsrin 90-cı illərində İran molla rejiminin Azərbaycan torpaqlarının işğalında Ermənistana dəstəyi, 44 günlük Vətən müharibəsində Cəbrayıla soxulub, ordumuzun qarşısını almağa çalışan, əsrimizin əvvəlindən İraqın, Əfqanıstanın işğalında ABŞ-a dəstəyi və sair sonsuz nümunələr İran fars rejiminin bütün islam dünyasına xəyanətinin sübutudur.

Ətrafında halqanın daraldığını görən İran fars rejimi ona xidmət edən ən Həmas, Hizbulla liderlərini dalbadal İsrailə qurban verdik öz dərisini xilas edə bilsin. Artıq yaxın Şərqdə olan İrana aid qüvvələr, Həmas, Hizbulla və digərləri İrandan üz döndərib. Həmasın İsraillə atəşkəs razılaşması Türkiyə vasitəsi ilə baş tutdu, yəni Həmas artıq İranın ona xəyanət etdiyini və liderlərinin öldürülməsində İranın əli olduğunu anlayıb.

İran fars molla rejimi öz xəyanətkar xislətinə uyğun davranmaqda davam edir, indi də İrana xidmət edən, devrilən və Rusiyaya sığınan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi ABŞ-a təslim etmək üçün yollar axtarır. 17 yanvarda, Rusiya İran strateji tərəfdaşlıq sazişi imzalanmaq üçün Moskvada səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Vladimir Putinlə görüşündə Bəşər Əsədi Tehrana aparmağı istəyib. Vladimir Putin Pezeşkian istəyindən çox hiddətləndiyi barədə məlumatlar da tirajlanıb.

İranın kimləri qurban verməsindən və verəcəyindən asılı olmayaraq İran üçün geri sayım başlayıb. Bunu bilə-bilə İran, insani əxlaqdan, siyasi etika, diplomatik mədəniyyətdən daha da uzaqlaşır. Atalarımızın belə bir misalı var:
"Şam sonun da daha gur yanır".

Vüqar Dadaşov
Xəbəri paylaş