Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regional oyunçular İrəvana təzyiqləri artırmalıdır

Regional oyunçular İrəvana təzyiqləri artırmalıdır


"İrəvan Aİ-nin müşahidə missiyasının mandatının daha iki il uzadılmasına nail olmaqla sülh sazişini imzalamağa hazır olmadığını, imitasiya etdiyini bir daha təsdiqlədi".

Bu fikirləri Newscenter.az-a AMIP liderinin köməkçisi Əli Oruclu deyib. Onun sözlərinə görə, bir çox razılaşmalardan imtina edən, yaxud bundan yayınan Ermənistana təzyiqləri regional oyunçular da artırmalıdır ki, İrəvanın məkrli planları baş tutmasın:

"Narahatverici məqam həm də ondan ibarətdir ki, gələcəkdə həmin missiyanı NATO kontingenti əvəzləyə bilər. Bu isə Rusiya ilə NATO arasında Cənubu Qafqazda yeni münaqişəyə səbəb yarada bilər".

Əli Oruclu, "Ermənistan göründüyü kimi Azərbaycanla sərhədələrin demarkasiyası və delimitasıyası prosesini bu hərəkətləri ilə tormozlaya bilər. Aİ nin müşahidə missiyası məhz bu sadaladığımız səbəblərə görə bölgəni tərk etməlidir. Qərbin belə addımı sülhə daha çox fayda gətirərdi",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş