Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada ictimai nəqliyyat iflic oldu

Almaniyada ictimai nəqliyyat iflic oldu


Almaniyanın paytaxtı Berlində ictimai nəqliyyat iflic olub.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, Berlinin ictimai nəqliyyat şirkəti olan BVG işçilərinin maaşların və şəraitin yaxşılaşdırılması tələbi ilə üçüncü xəbərdarlıq tətili paytaxtda ictimai nəqliyyatın fəaliyyətini dayandırıb.

Ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan Birləşmiş Xidmətlər İttifaqının çağırışından sonra BVG şirkətinin işçiləri işəgötürənləri daha yaxşı əmək haqqı və iş şəraiti təklif etməyə məcbur etmək üçün gecə yarısından başlayaraq 48 saatlıq tətilə başlayıblar.

Bu səbəbdən paytaxtda avtobus, metro və tramvay xidmətləri dayanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş