Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir dövrdə rus dili artıq prioritet deyil

Müasir dövrdə rus dili artıq prioritet deyil


"Müasir dövrdə rus dili artıq prioritet deyil. Ən azı ehtiyac deyil. Çünki müxtəlif mənalarda dünyaya açılmağa həm özümüzün imkanımız var, həm də dünya ilə əlaqə üçün digər dillər lazımdır".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, rus dilinə ehtiyac qalmayıb:

"Əsas məsələ rus dili öyrənməyə haqq qazandırmaq cəhdidir. Dövlət də buna yüzlərlə rus dilli məktəblər açmaqla şərait yaradır. Ona görə bu məsələ ilə əlaqəli A. Salayevin yox, dövlətin üstünə düşmək lazımdır. A.Salayev düz-səf belə fikirləşir. Şəxsi fikridir. Dövlət necə fikirləşir, əsas odur".

Anar Əliyev
Xəbəri paylaş