
Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin rəhbərlərinin Bakıda keçirilən məhkəmə prosesindən İrəvan şou düzəltməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Belə bir fikir formalaşdırlmağa çalışılır ki, guya həmin şəxslər günahsızdırlar, eyni zamanda onların məhkəməsi obyektiv keçirilmir. Elə siyasi şərhçi Pərviz Mirizadə də deyir ki, Ermənistan sözügedən məhkəmə ilə bağlı beynəlxalq aləmi çaşdırmaqla məşğuldur
Newscenter.az-ın xəbərinə görə, Pərviz Mirizadə deyib ki, son zamanlar isə Ermənistan xarici işlər nazirliyi növbəti dəfə dünya ictimaiyyətini aldatmaq cəhdləri edir, diqqətləri regiona çəkməyə çalışır:
"Hazırda qanunun aliliyi qarşısında cavab verən, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş, əlləri günahsız insanların qanına batmış keçmiş qondarma rejimin nümayəndələri üzərindən monipuliativ gedişlər edirlər. Halbuki, həmin şəxslər hərbi əsir statusuna malik deyil və törətdikləri əməllər bizim dövlətçiliyimiz əlehinə olub".
Süleyman