
2025-ci ilin mart ayında 27 739 mənzil əməliyyatı qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azalma deməkdir. Ölkə üzrə fərdi yaşayış evləri üzrə 5897, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə 21842 əməliyyat aparılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, göstərilən müddət ərzində kirayə evlərin qiymətində artım qeydə alınıb. Hesabat dövründə kirayə evlər bazarında 25 faiz artım olub.
Daşınmaz əmlak əməliyyatlarının sayına görə üç şəhər liderliyini qoruyub saxlayıb. İlk yerdə paytaxt Astana gəlib. Burada 5652 ev üzrə əməliyyat, alqı-satqı, yaxud kirayə sənədləşməsi aparılıb. Sonrakı yeri 5069 evlə Almatı və 2130 evlə Qaraqanda vilayəti tutub.
Mehman Mehdiyev