
"Hazırda dünya çoxqütblü istiqamət üzrə hərəkət edir. Qlobal xarakter almış ABŞ-Çin rəqabəti, Yaxın Şərqdə davam edən gərginliklər və Rusiya-Ukrayna müharibəsinin yaratdığı disbalans dövlətləri yeni tərafdaşlar tapmağa və çoxvektorlu xarici siyasət strategiyası əsasında diplomatik münasibətlər sistemini yenidən formalaşdırmağa sövq edir. Bu kontekstdə Azərbaycan üçün Çin Xalq Respublikası ilə münasibətləri inkişaf etdirmək həm siyasi, həm də iqtisadi baxımdan böyük perspektivlər vəd edir".
Bu fikirləri Newscenter.az-a siyasi şıərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, rəsmi Bakı və Pekin arasında uzun illərdir qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur:
"Dövlət rəhbərinin səfəri hər iki tərəfin əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu təsdiq edir. Ölkəmiz Çindən sonra "Bir kəmər, bir yol" proyektinin ən böyük dəstəkçisdir və bu layihənin geoiqtisadi imkanlarını artırmaq üçün gərgin əmək sərf edir. Bununla yanaşı Çinin elmi - texnoloji potensialı və son illər süni intellekt sahəsində əldə etdiyi nailiyyətlər diqqət mərkəzindədir. Əminəm ki, cənab prezidentin səfəri çərçivəsində tərəflər arasında iqtisadi, siyasi, turizm, nəqliyyat, investisiya qoyuluşu kimi məsələlərdə əhəmiyyətli razılaşmalar əldə olunacaq".
Süleyman