
28 may-Müstəqillik Günü ilə əlaqədar respublikanın müxtəlif idarə və müəssisələri, təhsil. səhiyyə ocaqlarında müxtəlif tədbirlər keçirilir.
Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialında baş tutub. Belə ki, kitabxanada 28 may Müstəqillik gününə həsr olunmuş "Azadlıqdan doğan gün" adlı sərgi təşkil edilib. Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi istiqamətində fəaliyyətlərini əks etdirən kitabları nümayiş etdirilib.
Sərgi kitabxanaya gələn oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Anar Əliyev