
Qazaxıstanda dərman vasitələrinin qeydiyyatı sadələşdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu səhiyyə nazirinin müavini Yerjan Nurlıbayev deyib.
Onun sözlərinə görə, hazırkı qaydalara əsasən, Qazaxıstanda dərman vasitələrinin dövriyyəyə buraxılması proseduru çox vaxt aparır. Təxminən 2 ildən 5 ilə qədər.
Bundan sonra isə dərman vasitələrinin qeydiyyatı 100 gün ərzində həyata keçiriləcək.
Avropa İttifaqı, Yaponiya, ABŞ və Böyük Britaniyadan gətirilən dərman vasitələrinin sürətli qeydiyyatı məsələsinə də baxılır. Dərman vasitələrinin qeydiyyat müddətinin 15 iş günü müddətində keçirilməsi nəzərdə tutulur.
Mehman Mehdiyev