Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəbliləri Brüsseldə ölkəni təmsil edəcək

Paytaxt məktəbliləri Brüsseldə ölkəni təmsil edəcək


Newscenter.az.10.04.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 257 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəb-liseyin VII sinif şagirdi Pərviz Fərzəliyev Azərbaycanda keçirilən “Avropa Pul Viktorinası”nın milli mərhələsinin qalibi olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a bildirilib ki, hər iki şagird Avropa Banklar Federasiyası tərəfindən 6-7 may tarixində Brüsseldə keçiriləcək “Avropa Pul Viktorinası”nın final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, “Avropa Pul Viktorinası” məktəblilərin maliyyə savadlılığının artırılması məqsədilə keçirilir. Viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar verilir.

Azərbaycanda təşkil olunan “Avropa Pul Viktorinası”nın milli mərhələsi 2 turdan ibarət olub. I turda viktorinada iştirak etmək üçün müraciət etmiş 500-dən artıq şagirdin bilikləri qiymətləndirilib. Ən yüksək göstəriciləri olan 106 şagird II turda iştirak etmək hüququ qazanıb.
Xəbəri paylaş